Bakının Binə qəsəbəsinin sakinləri qəsəbə ərazisində təcili yardım avtomobilinin sayının az olmasında şikayətlənir.

Bu barədə Metbuat.az-a daxil olan müraciətdə bildirilir ki, 10 mindən çox sakinin yaşadığı qəsəbədə cəmi 2 təcili yardım avtomobili fəaliyyət göstərir. Üstəlik, bu avtomobillər təkcə qəsəbə daxilində deyil, ətraf qəsəbələrə də işləyir.

Sözügedən problemlə bağlı Metbuat.az-a açıqlama verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirir ki, əslində 20 min əhaliyə bir briqada düşməlidir. Bu, qanundur və dünya təcrübəsində qeyd olunub. Binə qəsəbəsində isə 10 min əhaliyə 2 briqada fəaliyyət göstərir.

Ətin və yağın qiyməti sürətlə bahalaşa bilər - BU TARİXDƏN - Oxumaq üçün tıklayın!

Xəyalə Məmmədova / METBUAT.AZ