Məhərrəm ayında toy üçün qızıl almaq haramdır?

Sentyabrın 22-dən Məhərrəm ayı başlayır.

İslama görə, bu ayda savaşmaq, qan tökmək, toy-büsat etmək qadağandır. Çünki bu ayda Peyğəmbər (s.ə.s) ailəsində fəlakət üz verib. İmam Hüseyn və tərəfdarları qətlə yetirilib.

Haram hesab edildiyi üçün digər islam ölkələrində olduğu kimi Azərbaycanda da bu ayda toy şənlikləri olmur. Toyların bir aydan uzun bir müddət təxirə salınması qızıl bazarına da təsirsiz ötüşmür. Satıcılar bu ayda müştərilərinin az olmasından şikayətlənir. Onlar bildirirlər ki, alıcıların əksəriyyəti Məhərrəm ayında toy üçün öncədən qızıl almağı günah hesab edir. Bu səbəblə müştəri azlığından əziyət çəkdiklərini deyirlər.

Maraqlıdır, Məhərrəm ayında toy üçün öncədən qızıl almaq günah hesab olunurmu?

Bununla bağlı Metbuat.az-a açıqlama verən ilahiyyatçı Hacı Fuad Pənahlı bildirir ki, bu ayda gedib qızıl alıb kənara qoymağın heç bir günahı yoxdur:

“Əsas odur ki, Məhərrəm ayı günlərində şadlıq olmasın. Bu ayda toy olmayacaqsa, öncədən qızl almağın heç bir günahı yoxdur”.

Qadının ölümünə səbəb olan sürücü budur... - BNA - OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ  


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR