Kataloniya müstəqil ola biləcək? - İspaniyada qarşıdurma...

İspaniyanın Kataloniya muxtar vilayəti 1 oktyabrda müstəqillik üçün referendum keçirməyə hazırlaşır.

Metbuat.az-ın məlumatına görə, İspaniya hökuməti xalqı səsverməyə getməkdən çəkindirmək üçün işlərə başlayıb. Referendum məsələsində kataloniyalılar ikiyə ayrılıb. İspaniya mərkəzi hökumətinə bağlı olan 17 muxtar vilayətdən biri olan Kataloniyanın referendum keçirməyinə az qalmış təzyiqlər daha da artıb.


Referandumula əlaqədar istintaqı icra edən Kataloniya məhkəməsi, prokurorluq, jandarma, polis və bölgənin yerli polisinə (Mossos d'Esquadra) 1 oktyabrda bölgədəki məktəb və bələdiyyələr də daxil olmaqla, bütün ictimai iaşə obyektlərinin bağlanması təlimatı verilib. İspaniya mərkəzi hökumətinin qeyri-qanuni adlandırdığı xalq səsverməsinin qarşısını almaq üçün Kataloniya Milli Məclisi ilə, müstəqillik tərəfdarı olan qeyri-hökumət təşkilatlarının referendumla bağlı internet saytları bağlanılıb.

Kataloniya Muxtar Vilayətinin rəhbəri Karles Puçdemon isə xalqı razı salmaq üçün sosial mediadan çağırışlar etməyə davam edir. Referenduma qarşı əməliyyatlarlarda birbaşa iştirak etməkdən çəkinən Kataloniya yerli polisi məktəblərin bağlanmasının ictimai asayişi riskə salacağı ilə bağlı xəbərdarlıq edib. Kataloniya polisi prokurorluğa açıqlamasında bildirib ki, verilən təlimatları yerinə yetirəcəklər, amma ölçülü şəkildə. Çünki bu təlimatlar istənməyən nəticələr doğura bilər. Kataloniyanın paytaxtı Barselonada isə on minlərlə lisey və universitet tələbəsi mərkəzi hökumətin referenduma qarşı olmasına etiraz edib. Kataloniya xarici işlər naziri Raul Romeva, mübahisəli referenduma dəstək verməsi üçün Avropa Birliyinə müraciət edib. Həddindən artıq sol fikirli Podemos Partiyasının lideri Pablo İqlesias isə bildirib ki, İspaniya və Kataloniyaya çox baha başa gələcək bazar günü yaşanacaq: “Hökumət məsələni plastik güllə, təzyiqli su ilə həll etməyə çalışacaq kimi görünür. 1 oktyabrın istənməyən gün olacağını düşünürəm”.


Kataloniyada əhali referendum tərəfdarları və qarşı olanlara ayrılıb. Keçirilən sorğular katalonların yarısının İspaniyadan ayrılmaq qərarına qarşı olduğunu göstərir.

Qeyd edək ki, Kataloniya İspaniyanın ən əsas muxtar vilayətlərindən biri sayılır. Səbəb isə bunlardır:

- Kataloniya İspaniyanın ümumdaxili hasilatının 19%-ni qarşılayır ki, bununla da ölkənin ən zəngin bölgəsi olan Madridə rəqibdir;

- Bölgə 28.600 avro adambaşına düşən gəlirlə Madriddən sonra dördüncü yerdədir. İspaniyada bu rəqəm ümumilikdə 24 min avrodur;

- İşsizlik İspaniyada 17,2 faiz olduğu halda, Kataloniyada 13,2 faizdir;

- 2016 və 2017-ci ilin ilk rübünün qeydlərinə görə, Kataloniya 17 muxtar vilayət içərisində idxalatda birinci yerdədir;

- Bir çox məşhur İspan markasının mərkəzi Katalonyanın paytaxtı Barselonadadır;

- Kataloniya İspaniyanın avtomobil istehsalında ikinci yerdədir;

- Dünya sıralamasında üst pillələrdə yer alan İspaniyanın ən yaxşı 5 universiteti Katalaniyadadır.

Günay Elşadqızı \ METBUAT.AZ

Şimali İraqda hava limanları ilə bağlı qadağa başlayır - Bu gündən - OXUMAQ ÜÇÜN TIKLA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı