“Təfəkkür mədəniyyəti qaydasındadırsa, nitqdə problem olmayacaq”

“Təfəkkür mədəniyyəti qaydasındadırsa, nitqdə problem olmayacaq”

“Bu gün Azərbaycan ədəbi dili nə yazı, nə də elmi dilin hesabına inkişaf edir. Müasir Azərbaycan dilinin normalarını, onun inkişaf səviyyəsini, üslubi imkanlarını publisistika müəyyənləşdirir”.

Metbuat.az-ın məlumatına görə, bunu “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusundakı konfransda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov deyib. Onun sözlərinə görə, dilin normaları ilk növbədə bədii üsluba uyğun olmalıdır: “Azərbaycanda şifahi dil ədəbi dilə güclü təsir edir. Yol verilən nöqsanların əsasən sözlərin düzgün yazılışı ilə bağlıdır. Yazılı mətbuatın səviyyəsi kifayət qədər yüksəkdir. Mətbuat kütləvi hadisə olduğundan işçilərin hamısının peşəkarlığı çox çətin məsələdir”.

Azərbaycanda ədəbi dilin qorunmasına ciddi ictimai nəzarətin olduğunu deyən akademik qeyd edib ki, teleradio məkanında ədəbi dil normaları əsasən aparıcılar və diktorlar tərəfindən pozulur: “Verilişə dəvət olunanların necə danışmasına görə danışanların özləri məsuliyyət daşıyır. Verilişlərə əsasən müğənni və sənət adamları dəvət olunur. Amma nəzərə almaq lazımdır ki, həmin müğənni heç orta məktəbi düz-əməlli oxumayıb. Bəzən cümlədə beş söz olur, beşi də səhv tələffüz olunur. Verilişlərə müğənnilər dəvət olunsun, ancaq Ana dilini bilənlər də dəvət olunmalıdır. Yeri gəlmişkən, normal və mənalı danışıq var. Biz hələ mənalı yox, normal danışıqdan danışırıq. Nitq mədəniyyəti təfəkkürlə bağlıdır. Təfəkkür mədəniyyəti qaydasındadırsa, nitqdə problem olmayacaq".

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı