“İstedadlı jurnalistlərdən səmərəli istifadə olunmalıdır” - Muxtar İmanov

“Dil və nitqi bir-birindən ayrı tutmalıyıq”.

Metbuat.az-ın məlumatına görə, bunu İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri, AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, Azərbaycan dili kifayət qədər zəngindir, ədəbi dilin pozulmasının əsas səbəblərindən biri aidiyyəti qurumların bu işə ciddi yanaşmamasıdır. Teleradio məkanında aparıcıların tez-tez dialektlərdən istifadə etdiklərini də bildirən Muxtar İmanov bunun yolverilməz olduğunu qeyd edib. Prezidentin ədəbi dilimizdə yersiz ifadələrin işlədilməsinin qarşısının alınması məsələsini qaldırdığını diqqətə çatdıran Muxtar İmanov bildirib ki, KİV-də ciddi dil qüsurlarına yol verilir: “Bu halların qarşısının alınması vacibdir. Belə halların aradan qaldırılması üçün redaksiyalarda istedadlı jurnalistlərin bilik və bacarıqlarından səmərəli istifadə olunmalı, onların irəli çəkilməsi təmin edilməlidir”.

Dövlət başçısının fərman və sərəncamlarında küçələrdə reklam və lövhələrdə Azərbaycan ədəbi dilinin qaydalarının pozulması hallarına yol verildiyini qeyd edən Muxtar İmanov bildirib ki, qanuna əsasən reklam lövhələrində yazılar əvvəlcə Azərbaycan dilində, sonra əcnəbi dildə əks olunmalıdır: “Ədəbi-publisistik üslubun normalarının qorunmasında jurnalistlərin fəaliyyətinə geniş yer verilməlidir”.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı