Əməkdar artist Abbas Bağrıov sosial şəbəkədə yeni fotosunu paylaşıb.

Publika.az xəbər verir ki, izləyicilər onu bu paylaşımına peşman ediblər. Belə ki, kollaj formasında iki fotosunu yan-yana qoyan A.Bağırov şəkillərin üzərinə çəkildiyi tarixləri qeyd edib. Soldakı fotoya “2008-ci il”, sağdakına isə “2017-ci il” yazan sənətçinin yalanını izləyiciləri ortaya çıxıb. Onlar Abbasın 2008-ci ildə daha kök olduğunu və yanındakı oğlanın əlində olan telefon modelinin 2008-ci ildə istifadəyə verilmədiyini bildirərək onu lağa qoyublar.

Əməkdar artist bütün bunlara reaksiya verməyib. Biz isə məlumat üçün Abbas Bağırovun 2009-cu, 2010-cu illərdə mətbuatda çıxan fotolarını təqdim edirik:

Pərviz Hüseyn