​Gürcüstan prezidenti hökumətə müxaliflik etməkdə günahlandırılıb

15:12 6 Aprel 2015
37 Dünya
Ölkə mətbuatı
A- A+

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Gürcüstanın keçmiş baş naziri, milyader Bidzina İvanişvili deyib.
O, ölkə prezidenti Georgi Marqvelaşvilini hökumətə müxalif olmaqda suçlayıb.
"Bütün davranışları, iddiaları sübut edir ki, o, öz komandasına qarşı müxaliflik edir", - keçmiş baş nazir vurğulayıb.
İvanişvili dövlət başçısının ünvanına dəfələrlə tənqidi fikirlər söləyib. Keçmiş baş nazir prezidenti parlament və hökumətlə rəqabət aparmaqda, bununla da onların normal fəaliyyətinə mane olmaqda qınayıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/gurcustan-prezidenti-hokumete-muxaliflik-etmekde-gunahlandirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR