Məşhur amerikalı aktrisa və müğənni Selena Qomes sabiq sevgilisi, populyar kanadalı müğənni Castin Biberlə deyəsən, münasibətlərini bərpa edir.
Milli.Az People-a istinadən bildirir ki, 25 yaşlı Selena ilə 23 yaşlı Castin romantik gəzintidə olarkən pərəstişkarlarından birinin "hədəf"inə çevriliblər.
Müğənniləri görən fanat "Castin!" qışqırıb. Səsə Selena Qomeslə Castin Biber dönəndə fanat onların fotosunu çəkib.
S.Qomes və C.Biber bu dəfə münasibətlərini mediaya qapalı saxlamaq istəyirlər.
Onlar barışmaq ərəfəsindədir.
S.Qomes son sevgilisi, reper The Weeknd-dən 10 ay davam edən münasibətlərdən sonra ayrılıb.
Milli.Az
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin