"Forbes" jurnalı ilin ən çox qazanan məşhur gəncinin adını açıqlayıb.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, 30 yaşına çatmayan məşhurlar sırasında ilk yeri kanadalı R & B müğənnisi, söz yazarı və prodüser Abel Makkonen (səhnə adı The Weeknd) tutur.

O, il ərzində 92 milyon dollar qazanıb.

Justin Bieber.jpg (145 KB)

Ötən il 105 konsert vermiş 23 yaşlı, kanadalı pop ulduz Castin Biber bu müddətdə 83,5 milyon dollar qazanıb. Onun gəlirin bir hissəsi "Calvin Klein" ilə reklam müqaviləsindən əldə edib.

Adele.jpg (67 KB)

29 yaşlı ingilis müğənni Adel 69 milyon dollar konsertdən qazanıb.

Kevin Durant.jpg (158 KB)

ABŞ milli komandasının formasını geyinən professional basketbolçu Kevin Durant 2014-cü ildə Nike ilə 300 milyon dollarlıq reklam müqaviləsi imzalayıb. 29 yaşlı idmançı keçən il 60,6 milyon dollar qazanıb.

Andrew Luck.jpg (135 KB)

Amerika futbolunun 28 yaşlı ulduzu Andrey Luck keçən il 50 milyon dollar qazana bilib. Luck həmçinin Amerika Futbol Liqası Milli Futbol Liqasının (NFL) ən çox qazanan oyunçusudur.

Milli.Az