Populyar amerikalıü müğənni və aktrisa Selena Qomes böyrək tranplantasiyası əməliyyatından sonra ilk dəfə səhnəyə çıxıb.
Milli.Az TMZ-yə istinadən bildirir ki, 25 yaşlı müğənni ABŞ-ın Los-Anceles şəhərindəki "Microsoft Theatre"də keçirilmiş "American Music Awards" mükafatlarının təqdimat mərasimində oxuyub.
O, səhnədə "Wolves" mahnısını ifa edib. S.Qomesin ifası fonoqramın müşayiəti ilə olduğundan sosial şəbəkələrdə sərt tənqidlərə məruz qalıb.
Selena Qomesin saçlarının rəngini dəyişərək ağartması da diqqət çəkib.
O, 10 aydan bəri birlikdə olduğu, əsl adı Abel Tesfaye olan reper The Weeknd-dən ayrılıb və sabiq sevgilisi, kanadalı müğənni Castin Biberlə münasibətlərini bərpa edib.
Buna rəğmən S.Qomes mərasimə tək qatılmışdı.
Milli.Az
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin