Əməkdar artist Abbas Bağırov bir müddət efirlərə çıxmayacaq.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni bunu şəxsi həyatı ilə əlaqələndirib.

Sənətçi bildirib ki, bütün dəvətlərdən imtina edib:

"Hörmətli telekanal və radio verilişlərinin əməkdaşları: Məni müəyyən səbəblərə görə heç bir verilişlərə dəvət etməməyinizi xahiş edirəm. Səbəb mənim şəxsi işlərimlə bağlıdır. Diqqətinizə görə təşəkkür edirəm".

Qeyd edək ki, üç gün əvvəl Abbasın Gəncədə toyu olub. Müğənni dekabrın 27-də Bakıda "Buta palace"də daha bir toy edəcək. Mayda isə onun Bakıda kişi toyu olmuşdu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində