Əməkdar artist efirlərdən İMTİNA ETDİ: “Məni dəvət etməyin”

Əməkdar artist efirlərdən İMTİNA ETDİ: “Məni dəvət etməyin”
13:38 23 Noyabr 2017
232 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Abbas Bağırov efirlərə çıxamaqdan imtina edib.

Publika.az xəbər verir ki, buna səbəb onun şəxsi işlərinin çox olmasıdır. Müğənni bu barədə sosial media hesabında məlumat verib:

“Hörmətli telekanal və radio verilişlərinin əməkdaşları, məni müəyyən səbəblərə görə heç bir verilişə dəvət etməməyinizi xahiş edirəm. Səbəb, mənim şəxsi işlərimlə bağlıdır. Diqqətinizə görə təşəkkür edirəm”.

Qeyd edək ki, A.Bağırov ötən günlərdə özünə ikinci dəfə toy etməsilə gündəmə gəlmişdi.

Pərviz Hüseyn


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/221806.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR