Balıq və balıq məhsullarının insan orqanizmi üçün nə qədər faydalı olduğu hamıya məlumdur. Mütəxəssislərin qənaətinə görə, hər bir orta yaşlı insan il ərzində 15-20 kiloqram balıqdan istifadə etməlidir. Sözsüz ki, balığın faydalarından lazımınca yararlanmaq üçün ilk növbədə onun keyfiyyətli və təzə olmasına diqqət yetirmək lazımdır. Bəs balıq alarkən onun təzə olmasını necə müəyyənləşdirmək olar?
Hazırda balıq satışına çox yerdə rast gəlmək olar. Yol qırağından tutmuş ən iri marketlərə qədər. Könlünə balıq düşənlər ilk növbədə onu nəzərə almalıdırlar ki, istənilən qida məhsulunu sanitar-gigiyenik normalara cavab verən ticarət obyektlərindən almaq lazımdır. Yol kənarında satılan balıqlardan təzəlik və keyfiyyət ummayın. Düzdür, inandırmağa çalışacaqlar. Əgər inanmaq istəsəniz, tez-tez rast gəlinən balıq zəhərlənməsi hallarını gözünüzün önünə gətirin.
Balıq alarkən birinci onun iyinə fikir verin. Balığın özünəməxsus spesifik iyi olmalıdır.
Seçdiyiniz balığın gözünə diqqət yetirin. Gözün içi aydın və şəffafdırsa, deməli, təzə balıqdır. Əgər bulanıqdırsa, bu, balığın köhnə olmasına işarədir.
Balığın qəlsəmələrinə nəzər salın. Təzə balıqda qəlsəmələrin rəngi qırmızı və ya tünd qırmızı olur. Köhnə balıqda isə qəlsəmələr tünd boz rəngə çalır.
Balığın böyründən barmağınızla basın. Əgər basılmış hissə 3-4 saniyə ərzində əvvəlki vəziyyətinə qayıtmırsa, demək, balıq köhnədir.
Balığın üz səthi şəffaf və selikli, pulcuqları hamar olmalıdır. Əgər o şəffaflığını itiribsə, bu, balığın köhnə olmasının əlamətidir.
Balığın təzə olmasını yoxlamaq üçün daha bir üsul. Balığı su ilə dolu bir qaba atın. Əgər balıq batırsa, demək, təzədir.
Hazırda ilin “R” hərfi olan aylarıdır. Demək, balıq yeməyin ən yaxşı mövsümüdür. Yuxarıdakı məsləhətləri nəzərə alıb qida rasionunuzu balıqla zəngin edin. //Modern.az
Təzə balığı necə seçək?
Həmçinin oxu
Yumurtalı, duzlu, kərə yağlı: qeyri-adi 9 qəhvə növü
metbuat.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Kərkük-Ceyhan kəməri 10 ildən sonra yenidən işə düşdü
Bu gün
·
20:52
Putin tarixi görüşün detallarını açıqladı
Bu gün
·
20:35
Ermənistanın “itkinlər konfransı” 4 min azərbaycanlının taleyinə aydınlıq gətirəcəkmi?
Bu gün
·
20:06
Məleykə Abbaszadə DİM kollektivi ilə belə vidalaşdı - Fotolar
Bu gün
·
20:04
Almaniya nəhəngi "Qalatasaray"ın futbolçusunu istəyir
Bu gün
·
20:03
Otel və ehtiyat hissələri mağazası eyni proqramdan necə istifadə edə bilər? - Emil Hacıyevin "upHome" yanaşması
Bu gün
·
19:40
DİM-ə kim rəhbərlik edəcək? - 4 ad hallanır
Bu gün
·
19:32
Bakıda 2 gün yollar bağlanacaq – Avtobusların hərəkəti dəyişir
Bu gün
·
19:31
Putin Çindən Tacikistana yola düşdü
Bu gün
·
19:12
Badamdarda sürüşmə aktiv fazadadır - FHN
Bu gün
·
18:23
Azərbaycana düyü idxalı 23 faiz azalıb
Bu gün
·
17:57
İlham Əliyev Vyetnama rəsmi səfər etdi
Bu gün
·
17:07
Məleykə Abbaszadə kollektivə təqdim olundu
Bu gün
·
17:06
Xəzər sahili ilə bağlı müraciətlərə baxılması qaydası dəyişir
Bu gün
·
17:02
Bakıda və rayonlarda güclü küləklə bağlı narıncı xəbərdarlıq verildi
Bu gün
·
16:51