TƏHLÜKƏLİ QRİP: Ölə bilərsiniz, diqqətli olun

İlin soyuq aylarında, xüsusən də fəsil dəyişikliyi zamanı insanlar arasında qrip və soyuqdəymə xəstəlikləri riski çoxalır.

Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, hər il mövsümi qrip xəstəlikləri ilə əlaqədar 650 min nəfər dünyasını dəyişir.

Xəstəliyin müalicəsi və ondan qorunma yollları ilə bağlı Metbuat.az-a açıqlama verən pediatr-endokrinoloq Həbibə Mirzəyeva bildirib ki, virus bu xəstəliyə tez-tez yoluxan insanlarda dəyişərək daha davamlı forma alır:

“Normal insan ildə 2, immun sistemi zəif olanlar isə 5-7 dəfə bu xəstəliyə yoluxur. Qrip virusunu müalicə etmək mümkün olmadığı üçün birbaşa sinir sistemini zədələyir. Bundan xilas olmaq üçün ilk növbədə immun sistemini möhkəmləndirmək lazımdır. İmmun sisteminin möhkəmləndirilməsi həkim nəzarəti altında olmalıdır ki, virus orqanizmə zərər verməsin. Qrip ağırlaşarsa, pnevmaniya (ağ ciyərin iltihabı) verə bilər. Təcili olaraq bunun qarşısı alınmalıdır. Bu, daha çox uşaq və yaşlılarda özünü göstərir. İnsanda dözümssüzlük yaratdığı üçün çox vaxt ölümlə nəticələnir. Ona görə, mütləq nəzarətdə saxlamaq lazımdır.

Qrip niyə yenidən qayıdır?

Bu, qripin artıq başqa bir formasıdır. Virus hava, damcı yolu ilə gəlir, zəif adamlarda 10-15 gün davam edir. Müəyyən müddətdən sonra onun toksini bədəndən çıxdığı üçün qrip də gedir. Lakin bəzən toksin bədəndən çıxmır və digər xəstəliklər bura əlavə olunur. Nəticədə qrip allergik formada davam edir. Onun allergiyaya çevrilməsini laboratoloji yolla müəyyən etmək olur.

Xəstəlikdən necə xilas olaq?

Həkim nəzarəti altında qalmaq, immun sistemini möhkəmləndirmək, bədəndə qriplə yanaşı gedən simptomların qarşısını almaq, müayinələrdən sonra həkimin göstərişi ilə preparat qəbul etmək lazımdır.

Ev şəraitində xəstəliyin müalicəsi

İsti mühit, hərəkətdə olmaq, çoxlu maye və təmiz hava qəbul etməklə xəstəliyi ev şəraitində bədəndən uzaqlaşdırmaq olar”.

Xəyalə Məmmədova / METBUAT.AZ

DİQQƏT: Bu turşulardan zəhərlənə bilərsiniz - 4 nəfər ölüb... – Oxumaq üçün tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR