Ötən gecə Çinin şərq sahillərində balıqçı və Panama bayrağı altında üzən neft tankerinin toqquşması nəticəsində 32 nəfər itkin düşüb.

APA-nın məlumatına görə, bu barədə bu gün Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Hadisə yerinə xilasetmə kateri göndərilib. Xilasedicilər 20 balıqçını xilas edib.

Toqquşmanın səbəbi aydınlaşdırılır.