Bu gün Moskva-Orsk reysini həyata keçirən "Saratov Hava Yolları"na məxsus sərnişin təyyarəsi "Domodedovo" hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra Moskva yaxınlığında qəzaya uğrayıb.

Metbuat.az "RİA Novosti"yə istinadən xəbər verir ki, təyyarədə olan 65 sərnişin arasında bir azərbaycanlı da olub. Siyahıda adı qeyd olunmuş şəxs Namiq Qəhrəmanovdur. Onun hansı ölkənin vətəndaşı olduğu hələ məlum deyil.

Qeyd edək ki, bu gün Moskva-Orsk reysini həyata keçirən "Saratov Hava Yolları"na məxsus sərnişin təyyarəsi "Domodedovo" hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra Moskva yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub. Son məlumatlara görə, təyyarənin qalıqları tapılıb, sağ qalan yoxdur.

Göydən alovlar içində düşdü - Kəndlilər yanına yaxınlaşdıqda isə... / FOTOLAR - Oxumaq üçün tıkla