ABŞ Suriya silahlı qüvvələrinə zərbə endirə bilər

ABŞ Suriya silahlı qüvvələrinə zərbə endirə bilər
07:02 23 Fevral 2018
137 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ ABŞ-ın BMT yanında daimi nümayəndəsi Nikki Heyli Çikaqo Universitetinin Siyasət İnstitutunda çıxışı zamanı bildirib ki, Vaşinqton Suriya silahlı qüvvələrinə zərbə vurmağı istisna etmir.
“Report”un TASS-a istinadən verdiyi xəbərə görə, diplomat qeyd edib ki, ABŞ zərbə endirmək hüququnu özündə saxlayır, lakin belə vəziyyətlərdən qaçmağa çalışır.
Heyli deyib ki, "istənilən vəziyyətdə hərbi həll yolu nəzərdən keçirilir. Onun sözlərinə görə, Vaşinqton Suriya münaqişəsinin mərkəzində olmaq istəmir, lakin kimyəvi silah hücumuna məruz qalan suriyalılara kömək etmək lazımdır.
Heyli əlavə edib ki, Rusiya Suriya prezidenti Bəşər Əsədin rejimini müdafiə edir, ona görə ABŞ Rusiyaya təzyiqləri davam etdirir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-suriya-silahli-quvvelerine-zerbe-endire-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR