​Ramazana az qaldı

Azərbaycanda bu il Ramazan ayı may ayının 17-də başlayır.

Oruc tutumaq orqanizmin sağlamlığı deməkdir. Bəzi xroniki xəsətliklər orucla müalicə edilir. Oruc bağırsaq xəstəliklərinin dərmanı olduğu kimi, bəzi dəri xəstəliklərinin sağaldılması, mədənin müəyyən müddət ərzində istirahət etməsində də əvəzsiz müalicə üsuludur.

İşi, sağlamlığı ilə bağlı qayğıları olmayan insanın oruc tutması mütləqdir. Ancaq elə insanlar da var ki, həkimlər onlara oruc tutmağı qadağan ediblər.

Həkimlər bildirirlər ki, mədə xəstəliklərindən əziyyət çəkən, qida borusunda problemi, diafraqmada yırtığı olan insanlar ac qala bilməzlər. Öd möhtəviyyatının mədəni zədələməməsi üçün bu insanlar tez-tez və az miqdarda qida qəbul etməlidirlər.

Diabet xəstələrinə üçün oruc tutulması qaydaları da ən çox verilən suallardandır. Belə ki, əgər insanda şəkərin miqdarı həddən artıq çoxdursa, o zaman onun oruc tutması vacib deyil. Lakin şəkərinini miqdarı az olan insanlara oruc tutmaq nəinki vacibdir, hətta orqanizmi üçün xeyirdir. Həkim məsləhəti isə bu yerdə gərəklidir.

Obez xəstələrə oruc tutmaları xüsusilə tövsiyə edilir. Çünkin obez kəslər Ramazanda oruc vasitəsiylə özlərini yemək yemə mövzusunda nəzarət etmə fürsəti tapa bilərlər.

Bunlardan başqa, öd kisəsinin qatılaşma halını yaşayanlar da bolluca su içdiklərinə görə, onlara oruc tutumaq məsləhət görülmür. Əks halda öd yaxşı işləməyəcək və problemə səbəb olacaq.

Yaşlı və qoca insanlara oruc tutmaq olmaz, onlar güzəştlidirlər.

Hamilə qadınlara da burada yer verilib. Belə ki, onlar oruc tutan zaman bətnindəki körpəyə ziyan gələrsə, tutmamaqları məsləhətdir.

Süd verən analar əgər körpəsini oruc tutaraq gün ərzində qidalandıra bilirsə, yəni orqanizmi buna imkan verirsə, orucunu tuta bilər.

Ramazan ayında 10 gündən artıq səfərə çıxanlar həmin müddətdə oruc tutmamalıdırlar, daha sonra qəza orucları ilə əvəzini ödəyə bilərlər. Lakin mütəmadi olaraq yolda, səfərlərdə olan insanlar oruc tuta bilərlər.

Həddi buluğa çatmayan uşaqların oruc tutması vacib deyil. Qızların 9 yaşından başlayaraq oruc tutmağa imkanı varsa, riayət edə bilərlər. Oğlanlara isə 15 yaşından etibarən sağlamlıqları, orqanizmi imkan verirsə, əməl etsinlər. Bu yaşdan kiçiklərə oruc vacib deyil.

Ramazan ayının DƏQİQ başlama vaxtı - 16 may deyil / QMİ-dən AÇIQLAMA – Tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR