28 yaşlı moldovalı Kseniya Deli indi 65 yaşlı misirli milyarder Ossama Fəthi Rəbah əl Şərifin xanımıdır.

Milli.Az Daily Mail-ə istinadən bildirimr ki, bir zamanlar Moldovanın paytaxtı Kişinyovdakı restoranlardan birində ofisiant işləmiş Kseniya Deli ilə əl Şərifin toyu iki il əvvəl İtaliyanın Santorini adasında olmuşdu.

Toya 1 milyon avro xərclənmişdi.

İlk övladına hamilə olan Kseniya Deli İnstagram-dakı profilində yeni fotolarını paylaşıb.

Playboy modeli kanadalı müğənni Castin Biberin "What Do You Mean" və Kelvin Harrisin "Thinking About You" maşnılarının videokliplərinə çəkiləndən sonra məşhurlaşmışdı.

Onun İnstagram-dakı profilinin 850 mindən artıq daimi təqibçisi var.

K.Deli Playboy, FHM, GQ, Sports Illustrated, Vogue, Harper's Bazaar və Maxim jurnalları üçün fotosessiyalara da çəkilib.

Milli.Az