Oruc tutmanın

Oruc tutmaq yalnız ac və susuz qalmaq demək deyildir. Eyni zamanda insan bədəninə sayısız faydaları vardır.

Metbuat.az xəbər verir ki, orucun faydaları və hikmətləri sayılmayacaq qədər çoxdur. Oruc tutmaq ilk növbəsdə əxlaqı gözəlləşdirir. Çünki insanlara daima Allahı xatırladır və məsuliyyət hissini artırır. Oruc tutmaq gözləri harama baxmaqdan, dili yalan və çirkin sözlərdən, qulaqları haram sözləri dinləməkdən qoruyur, insanda mərhəmət hissini böyüdür.

Oruc insanda nemətlərin dəyərini öyrədir. Oruc tutmaqla bir müddət nemətlərdən uzaq qalan insanın gözündə bu nemətlərin dəyəri daha da artır.

Oruc tutmaq insana səbrli olmağı öyrədir. Oruc tutmaqla müəyyən bir zaman içində yemək yeməməyə, içməməyə öyrəşdirən insan həyatta qarşılaşacağı sıxıntılara qarşı da səbrli olur.

Bunlarla yanaşı oruc tutmanın sağlamlığa da bir çox faydaları vardır. İlin on bir ayında yorulan həzm orqanları oruc sayəsində istirahət edir. Mədə və bağırsaq problemlərinə olduqca faydalıdır. Mədə asidində azalma ilə bağlı yaxşılaşmalar görünür. Artıq çəki və qan təzyiqini aşağı salır. Spirtli içki və siqaret kimi sağlamlığa zərər verən maddələrdən uzaqlaşmaqla bir çox fayda əldə edilir.

http://matbuat.az/news/945313/siqaret-isteyini-aza...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR