Türkiyənin məhşur müğənnisi Pətək Dinçöz Azərbaycana
gəlib.
Publika.az xəbər verir ki, sənətçi ARB TV-nin
“Günə Doğru” verlişində sevənlərini aparıcı qismində
salamlayıb.
Xəbərləri Azərbaycan dilində təqdim edən Pətək Dinçöz maraqlı
görüntülərlə yadda qalıb.
Qeyd edək ki, bu gün ARB-nin təşkilatçılığı ilə Şəki şəhərində
möhtəşəm konsert proqramı baş tutacaq. Türkiyəli məşhur müğənni ilə
birlikdə səhnədə Gülyaz Məmmədova, Lətifə Soyuöz, Damla, Dana
Durdana, Vasif Məhərrəmli, Elariz Məmmədoğlu, Əbdül Xalid, Çinarə
Məlikzadə və reper Qurd səhnə alacaq.
Konsertin aparıcı isə şoumen Murad Dadaşovdur.
Tədbir ümumilli lider Heydər Əliyevin 95-ci ildönümünə həsr edilib.