Xəbər verdiyimi kimi türkiyəli müğənni Petek Dinçöz bir neçə gün əvvəl Azərbaycana gəlib.
Publika.az xəbər verir ki, dünən ARB-nin təşkilatçılığı ilə Şəki şəhərində möhtəşəm konsert proqramı baş tutub. Sənətçi P.Dinçöz ümummilli lider Heydər Əliyevin 95-ci ildönümünə həsr edilmiş konsert proqramında çıxış edib. Böyük izdihamla qarşılanan müğənni konsert üçün qızılı libas geyinib. O, bütün üzünü və çiyinlərini də libasına uyğun olaraq haylayterlə bəzəyib. Məşhurun səhnəyə çıxmazdan əvvəl dua etməsi diqqət çəkib.
Tədbirdə türkiyəli müğənni ilə birlikdə Gülyaz Məmmədova, Lətifə Soyuöz, Damla, Dana Durdana, Vasif Məhərrəmli, Elariz Məmmədoğlu, Əbdül Xalid, Çinarə Məlikzadə, reper Qurd və başqaları mahnılarını ifa edib.
Konsertin aparıcı isə şoumen Murad Dadaşov olub.