Azərbaycan İlahiyyat İnstitutuna bina ayrıldı

Azərbaycan İlahiyyat İnstitutuna "20 Yanvar" metro stansiyası yaxınlığında bina ayrılıb.

Metbuat.ın trend.az-a istinadən verdiyi məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

M.Qurbanlı deyib ki, institut üçün gələcəkdə şəhərdən kənarda yer ayrılacaq və kampus tikiləcək:

"Bu il dinşünaslıq və islamşünaslıq ixtisasları üzrə İlahiyyat İnstitutuna qəbul elan edilib, 60 tələbə qəbul olunacaq. İlahiyyat İnstitutuna birləşdirilən Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində hazırda oxuyan tələbələr də nəzərə alınsa, təxminən 100 tələbə olacaq. Bu tələbələr üçün isə hazırda ayrılan bina yetərlidir. Onu da deyim ki, gələcəkdə institutda xristianlıq, yəhudilik və digər dinlərlə bağlı da ixtisaslar yaradılacaq".

Komitə sədri qeyd edib ki, İlahiyyat İnstitutuna yaxın vaxtlarda rektor təyin ediləcək.

Xarici valyutaların manata qarşı - Məzənnələri - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR