Futbol üzrə dünya çempionatında növbəti oyun keçirilib.

APA-nın xəbərinə görə, “H” qrupunda Seneqal Yaponiya ilə qarşılaşıb.

Matç 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, bundan əvvəl G qrupunda İngiltərə Panamanı 6:1 hesabı ilə darmadağın edərək "play-off"a vəsiqə qazanıb.

24 iyun

II tur

H qrupu

Yaponiya - Seneqal 2:2

Qollar: İnui, 34, Honda, 81 - Mane, 11, Mussa Vaque, 71

Yekaterinburq, "Yekaterinburq Arena"