“Çelsi”nin yeni baş məşqçisi müəyyənləşib.
Metbuat.az xəbər verir ki, Mauritsio Sarri Premyer Liqa təmsilçisinin “sükanı arxası”na gətirilib.
Bildirilir ki, Sarri 2 illik saziş bağlamaq üçün hazırda Londondadı. Müqavilədə sözləşmə müddətinin uzadılması bəndi də var. 59 yaşlı mütəxəssisin illik məvacibi 6 milyon avro təşkil edəcək. Onun köməkçisi isə “Çelsi”nin sabiq hücumçusu Canfranko Zola olacaq.
Qeyd edək ki, Mauritsio Sarri 2015-ci ildən bu yaya qədər “Napoli”ni çalışdırıb.
Günün qoroskopu - Axşam saatlarında həssas davranın - Oxumaq üçün tıkla