Çox çörək yeyən qadınlar niyə ana ola bilmirlər? -

Kolumbiya Universitetinin professorları çox çörək yeyən qadınlarda sonsuzluq riskinin artdığını açıqlayıblar.

Hamilə qala bilməyən 188 qadının iştirak etdiyi araşdırmada qlutenli qidalar yeyən qadınlarda sonsuzluq riskinin 6 dəfə çox olduğu müəyyənləşdirilib.

Publika.az xəbər verir ki, qlütenlə ən zəngin qidanın çörək olduğunu bildirən alimlər ana olmaq istəyənlərə çörəkdən imtina etməyi məsləhət görüblər.

Alimlərin sözlərinə görə, həddən artıq qlüten qəbul edən kişilər də eyni problemlə üzləşirlər. Onların ata olmaq şansı 30 faiz azalır.

Çörəyin sonsuzluqla yanaşı, uşaqsalmaya, menstruasiya ilə bağlı problemlərin yaranmasına səbəb olduğu deyilir.

Qlüten maddəsinin bəzi kosmetik vasitələrin tərkibinə də vurulduğunu bildirən həkimlər qadınların, xüsusilə, dodaq boyalarına qarşı diqqətli olmalarını tövsiyə edirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR