Bu gün Azərbaycanda Ümumdünya Vəhşi Təbiət Günü qeyd edilir.
Metbuat.az-ın məlumatına görə, 2013-cü ildən başlayaraq martın 3-ü bütün dünyada “Ümumdünya Vəhşi Təbiət Günü” kimi qeyd edilir.
Bu günün keçirilməsində məqsəd cəmiyyətin diqqətini vəhşi fauna və yabanı floranın mühafizəsinə cəlb etmək, bu sahədə ictimaiyyəti məlumatlandırmaqdır.
Hər il müxtəlif adlar altında qeyd olunan “Ümumdünya Vəhşi Təbiət Günü” bu il diqqəti dünya okeanında yaşayan canlıların mühafizəsinə yönəltmək məqsədilə “Sualtı həyat: insanlar və planetlər" başlığı altında keçirilir.
Ölkəmizdə vəhşi təbiətin, fauna və flora növlərinin qorunmasında istiqamətində görülən mühüm işlərdən biri xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin yaradılmasıdır.
Hazırda Azərbaycanda 893 min hektar sahəni əhatə edən 10 Milli Park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir ki, bu da ölkə ərazisinin 10,31 faizini təşkil edir.