"Səsli ifadə etməyə cəsarət etmədiyim bütün hislərimi, qorxularımı..." - Mətbuat xidmətinin rəhbərindən/ 1 daşla 9 quş

Metbuat.az da “1 daşla 9 quş” layihəsi davam edir.

Layihədə 9 fəlsəfi suala 1 cümləlik cavablar veriləcək.

Bu dəfə müsahibimiz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarovadır.

***

- Niyə varsan?

- Başlanğıcda məndən asılı olmayan səbəblərə görə, zamanla isə var olmağım üçün ətrafımda və yanımda olanlara görə.


- Niyə yox olacaqsan?

- Bioloji ritmim yekunlaşanda bioloji son gələcək, amma məncə heç vaxt yox olmayacam.(Gülür)


- Niyə yazırsan?

- Səsli ifadə etməyə cəsarət etmədiyim bütün hislərimi, qorxularımı, tərəddüdlərimi və səhvlərimi ifadə etməyim üçün tək yol yazmaqdır.


- Yaşamaq nədir? - Təkcə nəfəs almaq deyil, vacib olmaqdır, hiss edilməkdir, lazım olmaqdır, qərar verə bilməkdir. Yaşamaq qəbir daşı üzərindəki il arealını mövsümləri mexaniki yola salmaqla keçirmək yox, hər mövsümdə bir iz qoya bilməkdir.


- Ölüm nədir?

- Heç vaxt gəlməyəcəyinə inanaraq qaçdığım yeganə reallıq.(Gülür)

- Ədalət nədir?

-Öz-özünlə tək qaldığında etdiyin etirafların heç olmasa 70 faizini cəmiyyətdə də etiraf edə biləcək qədər cəsarətli olmaqdır ədalət.

- Azadlıq nədir?

- Mən.(Gülür)


- Yaradıcılıq nədir?

- Hər kəs iki “mən” daşıyır vücudunda. Yaradıcılıq o “mən”lərdən biridir-hamıda var, kimisi iş kimi icra edir, kimisi ruh kimi daşıyr.


- İnsan kimdir?

- Allahın yanından uzaqlaşdırdığı ən doğması...


Tural İsmayılov/Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı