Bakı. Trend:

15 oktyabr 2019-cu il tarixində Litva Respublikasının Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri cənab Egidijus Navikas ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Litva arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin