Tramp İŞİD-in yeni liderini hədələdi

ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda “İqtisadi Klub”da çıxışı zamanı İŞİD-in yeni lideri barədə danışıb.

Mətbuat.az-ın verdiyi məlumata görə, Birləşmiş Ştatlar Prezidenti İŞİD-in yeni lideri elan edilən Əbu İbrahim əl-Haşimi əl-Kureyşinin yerini öyrəndiklərini deyib:

“Gözümüz üçüncü adamın üzərindədir. Bu adamın başı bəladadır, çünki onun yerini bilirik. Belə davam etməsək, yenə problemlə üzləşə bilərik”.(bizimyol)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR