AVRO-2020-nin seçmə mərhələsində növbəti oyunlar - Türkiyə - İslandiyaya qarşı

AVRO-2020-nin seçmə mərhələsində növbəti oyunlar - Türkiyə - İslandiyaya qarşı
10:57 14 Noyabr 2019
227 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində IX tura start veriləcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 3 qrupda 7 görüş keçiriləcək. A qrupunun lideri İngiltərə Monteneqronu qəbul edəcək. Qrupun digər matçında Çexiya Kosovo ilə üz-üzə gələcək.

Bu qarşılaşmalardan İngiltərə heç-heçə, Çexiya isə qələbə ilə ayrılacağı təqdirdə, final mərhələsinə vəsiqəni təmin edəcək. Kosovo isə UEFA Millətlər Liqasında yoluna davam etdiyi üçün şanslarını qoruyacaq.

B qrupunun iddialı komandalarından Portuqaliya Litva ilə, Serbiya isə Lüksemburqla qarşılaşacaq. Millətlər Liqasının qalibi olan Portuqaliyanın bu qrupda Ukraynadan sonra ikinci vəsiqəyə sahib çıxması üçün Serbiyanın xal itirməsi də kifayətdir.

Günün ilk vəsiqəsinə isə daha erkən başlayacaq görüşdə Türkiyə yığması yiyələnə bilər. "Ay-ulduzlular" H qrupunda İslandiya ilə ev oyununda heç-heçə etsələr, AVRO-2020-də iştirak hüququna yiyələnəcəklər. Bu halda son dünya çempionu Fransa Moldovanı məğlub edərək istəyinə nail ola bilər. Qrupun Albaniya və Andorra yığmaları arasındakı son matçı isə turnir baxımından ciddi önəm kəsb etməyəcək.

AVRO-2020

Seçmə mərhələ

14 noyabr

A qrupu

23:45. Çexiya - Kosovo

23:45. İngiltərə - Monteneqro

Xal durumu: İngiltərə - 15 xal (6 oyuna), Çexiya - 12 (6), Kosovo - 11 (6), Monteneqro - 3 (7), Bolqarıstan - 3 (7)

B qrupu

23:45. Portuqaliya - Litva

23:45. Serbiya - Lüksemburq

Xal durumu: Ukrayna - 19 xal (7 oyuna), Portuqaliya - 11 (6 oyuna), Serbiya - 10 (6), Lüksemburq - 4 (6), Litva 1 (7)

H qrupu

21:00. Türkiyə - İslandiya

23:45. Fransa - Moldova

23:45. Albaniya - Andorra

Xal durumu: Türkiyə - 19 xal (8 oyuna), Fransa - 19 (8), İslandiya - 15 (8), Albaniya - 12 (8), Andorra - 3 (8), Moldova - 3 (8).

Qeyd edək ki, Belçika, İtaliya, Polşa, Rusiya, İspaniya və Ukrayna yığmaları final mərhələsində iştirakı təmin ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/802127.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR