Daha 4 ölkə AVRO-2020-yə vəsiqəni təmin edib

Daha 4 ölkə AVRO-2020-yə vəsiqəni təmin edib
01:47 15 Noyabr 2019
108 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində IX tura start verilib. 
"Report"un məlumatına görə, ilk oyun günündə 3 qrupda 7 görüş keçirilib.
A qrupunun lideri İngiltərə Monteneqronu qəbul edib. Meydan sahibləri görüşdən darmadağınla ayrılıblar - 7:0. Qollardan 3-nü Harri Keyn vurub. Qrupun digər matçında Çexiya Kosovo üzərində əzmkar qələbə qazanıb - 2:1. Nəticədə İngiltərə və Çexiya AVRO-2020-yə vəsiqə qazanıb.
B qrupunun iddialı komandalarından Portuqaliya Litvanı 7:0, Serbiya isə Lüksemburqu 3:2 hesabı ilə yenib. Bu nəticələrdən sonra qrupda 2-ci yerin taleyi son tura saxlanılıb.
Günün ilk vəsiqəsinə isə Türkiyə yığması sahib çıxıb. "Ay-ulduzlular" H qrupunda İslandiya ilə ev oyununda qolsuz heç-heçəyə nail olublar. Nəticədə xallarını 20-yə çatdıran Şenol Günəşin baş məşqçi olduğu kollektiv 3-cü pillədəki ada-dövlətdən 4 xal aralanıb. AVRO-2020-yə digər vəsiqəni isə Fransa əldə edib. "Xoruzlar" Moldovaya çətinliklə qalib gələrək, liderliyi ələ alıblar. Qrupun Albaniya - Andorra matçı isə məhsuldar heç-heçə ilə yekunlaşıb - 2:2.
AVRO-2020
Seçmə mərhələ
14 noyabr
A qrupu
23:45. Çexiya - Kosovo - 2:1
Qollar: Aleks Kral, 71; 79 - Atdhe Nuhiu, 50
23:45. İngiltərə - Monteneqro - 7:0
Qollar: Aleks Oksleyd-Çemberlen, 11. Harri Heyn, 19; 24; 37. Markus Reşford, 30. Aleksandar Şofranats, 66 (öz qapısına). Temmi Abraham, 84
Xal durumu: İngiltərə - 18 xal (7 oyuna), Çexiya - 15 (7), Kosovo - 11 (7), Monteneqro - 3 (8), Bolqarıstan - 3 (7)
B qrupu
23:45. Portuqaliya - Litva - 6:0
Qollar: Kriştianu Ronaldu, 7 (pen.); 22; 65. Pitsi, 52. Qonsalu Pasiensia, 56. Bernardu Silva, 63
23:45. Serbiya - Lüksemburq - 3:2
Qol: Aleksandar Mitroviç, 11; 43. Nemanya Radonyiç, 70 - Gerson Rodriges, 54. David Türpel, 75
Xal durumu: Ukrayna - 19 xal (7 oyuna), Portuqaliya - 14 (7), Serbiya - 13 (7), Lüksemburq - 4 (7), Litva 1 (8)
H qrupu
21:00. Türkiyə - İslandiya - 0:0
23:45. Fransa - Moldova - 2:1
Qollar: Rafael Varan, 35. Olivye Jiru, 79 (pen.) - Vadim Ratsa, 9
23:45. Albaniya - Andorra - 1:1
Qollar: Bekim Balay, 6. Rey Manay, 55 - Kristian Martines, 18; 48
Xal durumu: Fransa - 22 (9), Türkiyə - 20 xal (9 oyuna), İslandiya - 16 (9), Albaniya - 13 (9), Andorra - 4 (9), Moldova - 3 (9).
Qeyd edək ki, daha əvvəl Belçika, İtaliya, Polşa, Rusiya, İspaniya və Ukrayna yığmaları final mərhələsində iştirakı təmin ediblər.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/daha-4-olke-avro-2020-ye-vesiqeni-temin-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR