İraq Suriya ilə sərhədi gücləndirdi

İraq Suriya ilə sərhədi gücləndirdi
18:57 24 Noyabr 2019
106 Dünya
Ölkə mətbuatı
A- A+

İraq terrorçuların ölkə ərazisinə soxulmasının qarşısını almaq məqsədilə bütün Suriya sərhədi boyunca təhlükəsizlik tədbirlərini gücləndirib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə İraqın İNA agentliyi məlumat yayıb.

"İraq Sərhəd Mühafizə Komandanlığı terrorçuların girişinin qarşısını almaq üçün Suriya ilə sərhəd zolağı boyunca müdafiə istehkamları qurmağa başlayıb", - məlumatda bildirilib.

Qeyd edək ki, NBC telekanalı Suriyanı tərk edən İŞİD terrorçularının İraqın şimalındakı nəzarətsiz dağ rayonlarına yerləşmələri barədə məlumat yaymışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/804846.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR