London körpüsü yenidən açılıb

London körpüsü yenidən açılıb
09:17 2 Dekabr 2019
28 Dünya
Ölkə mətbuatı
A- A+

London körpüsü iki nəfərin öldüyü terror aktından sonra yenidən açılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə London Sitinin polisi deyib.

Polis bildirib: "London körpüsü nəqliyyat və piyadalar üçün yenidən açılıb. Səbr etdiyiniz üçün təşəkkür edirik".

Xatırladaq ki, noyabrın 29-u yerli vaxtla təxminən saat 14:00-da bıçaqla insanlara hücum edib. İnsident Kembric Universitetinin Kriminologiya İnstitutunun "Learning Together" proqramının məzunları və müəllimləri arasında görüş keçirilən zaman baş verib. Silahlı hücum nəticəsində iki nəfər həlak olub, 3 nəfər isə xəsarət alıb.

İŞİD terror qruplaşması Londonda baş verən torror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/806892.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR