Əbülfəs Qarayev Litvanın səfiri ilə görüşdü

Əbülfəs Qarayev Litvanın səfiri ilə görüşdü
17:33 3 Dekabr 2019
69 Digər
Ölkə mətbuatı
A- A+

3 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Litva Respublikasının ölkəmizə yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli Səfiri Egidijus Navikasla görüşdü.

İlk öncə nazir qonağı yeni təyinatı ilə əlaqədar təbrik edərək, gələcək fəaliyyətində uğurlar dilədi. Ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün perspektivlərin olduğunu qeyd edən Əbülfəs Qarayev 2009-cu ildə Bakı şəhərinin “İslam Mədəniyyəti Paytaxtı” və Vilnüs şəhərinin “Avropa Mədəniyyət Paytaxtı” elan edilməsi ilə əlaqədar iki ölkə arasında mədəniyyətlərarası dialoq kontekstində mühüm mədəni tədbirlərin həyata keçirildiyini xatırlatdı. Eyni zamanda, Litva Respublikasının ölkəmizdə mütəmadi olaraq təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq və Bakı Beynəlxalq Humanitar forumlarında aktiv iştirakından məmnunluğunu dilə gətirdi.

Bundan əlavə, Əbüldəs Qarayev 2014-cü ildə Litva Respublikasına səfəri çərçivəsində mühüm görüşlər keçirdiyini və bunun nəticəsində bir sıra müştərək tədbirlərin həyata keçirildiyini bildirdi.

Səfir Egidijus Navikas öz növbəsində Əbülfəs Qarayevə təbriki və səmimi qəbuluna görə təşəkkür edərək, əməkdaşlığın inkişafı üçün çox gözəl perspektivlərin olduğu fikri ilə tam razı olduğunu bildirdi. Litva Respublikasının ölkəmizdəki səfirliyi tərəfindən bir sıra mədəni tədbirlərin keçirilməsinin planlaşdırıldığını bildirən səfir, bu məsələdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyinə ümid etdiyini vurğuladı.

Görüşün sonunda nazir Əbülfəs Qarayev Azərbaycan Respublikası Prezidentinin Litva Respublikasına rəsmi səfəri çərçivəsində 2007-ci ilin 13 sentyabr tarixində Vilnüs şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş”in əsasında Fəaliyyət Planının işlənib hazırlanmasını təklif etmişdir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/298017.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR