Parlament seçkilərini müşahidə edəcək yerli və xarici müşahidəçilərin sayı açıqlandı

Parlament seçkilərini müşahidə edəcək yerli və xarici müşahidəçilərin sayı açıqlandı
12:53 13 Yanvar 2020
27 Digər
Ölkə mətbuatı
A- A+

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 2000-ə yaxın yerli və xarici müşahidəçi müraciət edib və onların demək olar ki, hamısı müsbət cavab alıb.

Bunu bu gün jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK sədrinin sözlərinə görə, həmin müşahidəçilərin 1630-u yerli müşahidəçilərdir: “Xarici müşahidəçilərin sayı isə 70-ə yaxındır. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, Müstəqil Dövlətlər Birliyi Parlament Assemblyasının müşahidə missiyası artıq fəaliyyətə başlayıb. İtaliya, Çexiya Parlamentlərinin, Litva Seyminin müşahidəçiləri artıq akkreditasiyadan keçiblər. Moldova Mərkəzi Seçki Komissiyasının nümayəndələri də seçkiləri müşahidə edəcək. Xarici müşahidəçilərin qeydiyyatı prosesi hazırda sürətlə davam edir”. (trend)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/301753.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR