Bakıda doğum günü təşkil edib karantini belə pozdular -

Bakıda özünə doğum günü təşkil edən kosmetoloq Aytac Əsədova ölkəmizdə tətbiq olunan karantin qaydalarını pozub.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, müvafiq görüntüləri rəqqasə Renka (Rəna Ağamuradova) İnstaqram hesabında paylaşıb.

Kadrlardan da göründüyü kimi, doğum günündə 10-dan çox insan iştirak edib. Bu isə bilavasitə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə ziddir.

Qeyd edək ki, xüsusi karantin rejiminin tələbinə görə ölkə üzrə bütün kütləvi tədbirlərin keçirilməsi (toy, yas, doğum günü və s.) qadağandır, eləcə də 10-dan çox insan bir yerə toplaşmamalıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR