Mələkxanım Eyubovanın gəlininin son durumu

Xəbər verdiyimiz kimi, Xalq artisti Mələkxanım Eyubovanın gəlini Səadət Nəcəfovanın səhhəti pisləşib.

Metbuat.az xəbər verir ki, xanəndənin oğlu Cəfər Nəcəfov böyrək çatışmazlığı səbəbindən xəstəxanaya yerləşdirilən həyat yoldaşında son durumu ilə bağlı sosial şəbəkədə paylaşım edib:

"Vəziyyəti ilə maraqlanan, fiziki və ya mənəvi yanımda olduğunu hiss etdirən hər kəsə dərin təşəkkürümü bildirirəm. Məlum səbəbdən zənglərə, mesajlara cavab verə bilmirəm. Vəziyyəti stabildir. İnşallah, çətinliklər tezliklə geridə qalar. Anlayışınız üçün təşəkkür edirəm".

Cəfər Nəcəfov "Hər şeyə hazır olun", "Xəstənin vəziyyəti ağırdır, həyati təhlükəsi var" ifadələrinin onun üçün eşidə biləcəyi ən ağır sözlər olduğunu da qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı