Ərdoğanın açıqlaması dünyanı silkələmişdi - Detallar açıqlandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə kəşfiyyatının Suriyada İŞİD lideri Əbu Hüseyn əl-Qureyşini məhv etdiyini açıqlamışdı.

Metbuat.az xəbər verir ki, Türkiyə kəşfiyyatının təşkil etdiyi hərbi əməliyyatın detalları paylaşılıb. AFP-nin Suriyanın şimalındakı müxbirinin verdiyi məlumata görə, türk kəşfiyyatı və yerli polis Afrinin Cinderes bölgəsindəki ərazini mühasirəyə alıb. Hərbi əməliyyatın hədəfi sonradan ferma kimi istifadə edilən köhnə məktəb binası olub. Terrorçu təslim olmaq çağırışından imtina edəndə sonra bölgədə böyük partlayış səsi eşidilib.

“Reuters”ə danışan yerli sakinin sözlərinə görə, əvvəlcə bölgədə qarşıdurmalar baş verib. Təxminən 1 saat davam edən qarşıdurmadan sonra yerli əhali böyük partlayış səsi eşidib. Suriyalı ekspert, amerikalı siyasətçi Çarlz Lister isə deyib ki, hədəfdə olan ev əvvəlcə mühasirəyə alınıb. Hədəfə "təslim olun" çağırışı edilib. O, çağırışı rədd edərək özünü partladıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı