Bəzi sürücülərin taksi fəaliyyətinə icazə verilməyəcək.
Metbuat.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlığın keçməsini təsdiq edən sənədi olmayan sürücülər buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün müraciət edə bilməyəcək.
"Nəticədə həmin sürücülərin taksi fəaliyyətinə də icazə verilməyəcək", - deyə açıqlamada qeyd olunub.