Bir çox insanın əsas problemlərindən biri də piylənmədir. Bəzi qidalar var ki, piylənmənin qarşısını alır və sürətli şəkildə arıqladır.
Metbuat.az xarici mediaya istinadən həmin qidaları təqdim edir:
- Somon balıqlarında bol protein, yağlar və minerallar var. Somon sizi tox tutacağı üçün arıqlamağınıza kömək edəcək.
- Səhər yeməyində qaynadılmış yumurta bağırsaqları rahatladır. Pəhriz saxlayırsınızsa, səhər yeməyində bol-bol yumurta yeməlisiz.
- Gül kələminin tərkibində cəmi 25 kalori var. Arıqlama təsirindən əlavə, tərkibində çoxlu C və K vitaminləri var. Faydalarından maksimum yararlanmaq üçün çiy halda yeməyiniz tövsiyə olunur.
- Qreypfrut yüksək miqdarda C vitamini ehtiva edir. O, təkcə C vitamini ilə zəngin deyil, həm də əla şəkər tənzimləyicisidir. Birində orta hesabla 50 kalori var.
- Xiyarın 95%-i sudan ibarətdir. 16 kalori olan xiyarın arıqladan qida olduğu aydındır. Xiyar xüsusilə gözlər üçün faydalıdır, ona görə də qabığını soymadan yemək məsləhətdir.
- Brokoli arıqladan qidalar arasında əvəzolunmaz seçimdir, çünki tərkibində cəmi 31 kalori var.
- Ərik qurusuda arıqladan qidalar arasındadır. Ərik maddələr mübadiləsini sürətləndirir.