Mourinyo gələn kimi tanınmış futbolçuya qapını göstərdi

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo komandadan ayrılacaq ilk futbolçunu müəyyən edib.

Metbuat.az xəbər verir ki, portuqaliyalı çalışdırıcı Ali Koça verdiyi hesabatda Miha Zaycı heyətdə düşünmədiyini qeyd edib. Bildirilir ki, Mourinyo ilə Ali Koç arasında keçirilən görüşdə futbolçularla bağlı danışıqlar aparılıb. Yarımmüdafiəyə üstünlük verən Mourinyo, Zaycın gedişindən sonra bu sahəyə yeni futbolçuların transfer edilməsini tələb edib.

Mourinyo siyahısında olan futbolçuları Ali Koça çatdırıb və transfer işlərinə başlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı