Gürcüstan və Türkiyə növbəti mərhələdə - AVRO-2024

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda III turunun oyunları yekunlaşıb.

Metbuat.az xəbər verir ki, Türkiyə Çexiyanı 2-1 hesabı ilə məğlub edib.

51-ci dəqiqədə isə Hakan Çalhanoğlu fərqlənib.Çexiya millisinin üzvü Tomaş Suçek 66-cı dəqiqədə bərabərliyi təmin edib - 1:1.Türkiyə yığmasının üzvü Cenk Tosun 90+4-cü dəqiqədə komandasını hesabda önə keçirib - 2:1.

Gürcüstan - Portuqaliya matçı birincilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Xviça Kvaratsxeliya 2-ci dəqiqədə rəqib qapısının torunu silkələyib. Georgi Mikautadze 51-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən fərqlənərək hesab arasındakı fərqi 2 topa çatdırıb. Beləliklə, Portuqaliya və Türkiyə 1/8 mərhələyə keçib. 4 xal toplayan Gürcüstan millisi də ən yaxşı üçüncü milli kimi 1/8 mərəhələyə vəsiqə qazanıb.

***

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda III turun Çexiya - Türkiyə matçında hesab bərabərləşib.

Metbuat.az xəbər verir ki, Çexiya millisinin üzvü Tomaş Suçek 66-cı dəqiqədə bərabərliyi təmin edib - 1:1.

Türkiyə yığmasından 51-ci dəqiqədə Hakan Çalhanoğlu fərqlənib.

Gürcüstan yığması 2:0 hesabı ilə öndədir. Xviça Kvaratsxeliya 2-ci dəqiqədə rəqib qapısının torunu silkələyib. Georgi Mikautadze 51-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən fərqlənərək hesab arasındakı fərqi 2 topa çatdırıb.

***

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turu çərçivəsində F qrupunda keçirilən Çexiya - Türkiyə matçında hesab açılıb.

Metbuat.az xəbər verir ki, Türkiyə millisi 51-ci dəqiqədə Hakan Çalhanoğlunun qolu ilə hesabda önə keçib,

Gürcüstan yığması isə hesabda öndədir - 1:0.

Xviça Kvaratsxeliya 2-ci dəqiqədə fərqlənib.

***

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turu çərçivəsində F qrupunda Çexiya - Türkiyə və Gürcüstan - Portuqaliya matçına start verilib.

Metbuat.az xəbər verir ki, oyunlar müvafiq olaraq Hamburqdakı “Folksparkştadion"da və Helzenkirhendəki "Feltins Arena"da keçirilir.

Çexiya - Türkiyə matçını rumıniyalı İştvan Kovaç, Gürcüstan - Portuqaliya qarşılaşmasını isə isveçrəli Sandro Şörer idarə edir.

Hər iki qarşılşama 23:00-da başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR