"Real" - "Atalanta" matçı öncəsi xoşagəlməz hadisə baş verdi

Superkubok matçından əvvəl "Real Madrid" - "Atalanta" klublarının futbolçularının şəxsi məlumatları internetə sızdırılıb.

Metbuat.az xəbər verir ki, haker hücumu dağıstanlı hakerlər tərəfindən həyata keçirilib. İnternetə sızdırılan məlumatlar arasında futbolçuların və məşqçilərin pasport nömrələri, telefon nömrələri və ünvanları yer alıb. Məlumatlar arasında oyunun keçiriləcəyi Polşanın "Legiya" stadionunun heyətinə aid məlumatlar, akkreditə olunmuş jurnalistlərin, VİP sektorda xidmət göstərən ofisiant və barmenlərin, eləcə də təmizlik işçilərinin məlumatları var. Haker hücumundan sonra təhlükəsizlik sistemindəki boşluqları aradan qaldırıb.

Xatırladaq ki, "Real Madrid" - "Atalanta" matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı