​İnsanlar yaşlandıqca niyə boyları qısalır?

İnsanlar yaşlandıqca boyları həmişə bir neçə santimetr qısalır.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb qığırdaqların incəlməsi və əzələlərin boşalmasıdır.

Bildirilib ki, bu proseslərin baş vermə sürəti genlərdən, fiziki vəziyyətdən və həyat boyu fəaliyyət səviyyələrindən asılıdır.

17-94 yaş arası insanlar üzərində aparılan araşdırmada kişilərin orta hesabla 3 sm, qadınların isə 5 sm boyunun qısaldığı məlum olub.

Sümük böyüməsi təxminən 25-30 yaşlarında dayanır. 40-50 yaşlarında insanlar tədricən sümük kütləsini itirməyə başlayır.

Alimlər qeyd ediblər ki, boyun qısalması sağlamlıq üçün ciddi fəsadlar yarada bilər. Çoxsaylı tədqiqatlar göstərir ki, boy itkisi ilə tənəffüs problemləri və ürək-damar xəstəliklər meydana gəlir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR