“Liatris Holding”in sahibi, iş xanımı Ruhiyyə Əliyeva RTV-də yayımlanacaq yeni layihəsi ilə bağlı paylaşım edib.
Metbuat.az Olay.az-a istinadən xəbər verir ki, o, sosial media hesabında bu sözləri yazıb:
“Bu gün mənim üçün çox özəl bir gün oldu. Ona görə ki, başlatdığım yeni layihənin qonaqları iki böyük şəxsiyyət - Azərbaycanın böyük şairi Məmməd İsmayıl və hüquq elmləri doktoru, professor, Azərbaycanın əməkdar hüquqşünası İlham Rəhimov idi. Şair Məmməd İsmayılın qarşıdan gələn 85 illik yubleyi münasibətilə hazırlanan proqram elə maraqlı alındı ki, tərif etməsəm, düz çıxmaz. Şairin uşaqlıq xatirələri, yaşadığı çətinliklər, tələbəlik illəri və sairə barədə professor İlham Rəhimovla birlikdə etdiyi söhbətlər əminəm ki, hamının marağına səbəb olacaq. Mənim üçün son dərəcədə dəyərli olan hər iki şəxsiyyətə dəyərli vaxtlarını ayırıb layihəmdə iştirak etdikləri üçün öz təşəkkürümü bildirirəm”.