Misli Premyer Liqasında II turun ilk oyunları bu gün keçiriləcək.
Metbuat.az xəbər verir ki, turun açılış günündə iki qarşılaşma baş tutacaq. “Qəbələ” saat 18:30-da doğma meydanda “Şəfa”nı qəbul edəcək.
Günün digər matçında “Zirə” ilə “İmişli” üz-üzə gələcək. Qarşılaşma saat 20:45-də başlayacaq.
Qeyd edək ki, avrokuboklardakı çıxışla əlaqədar “Sabah” - “Sumqayıt” və “Qarabağ” - “Kəpəz” oyunları təxirə salınıb. II tura avqustun 23-də yekun vurulacaq.