Türkiyədə körpələrin diş çıxarma dövründə istifadə etdiyi rəngli, içi maye ilə doldurulmuş diş qaşıyıcı məhsullardan biri ilə bağlı ciddi qərar qəbul edilib.

Metbuat.az xəbər verir ki, məhsulun uşaqların sağlamlığı üçün təhlükə yaratdığı müəyyənləşdirildiyindən onun satışına qadağa qoyulub və bazardan topladılması barədə qərar verilib.

Türkiyə Ticarət Nazirliyinin apardığı bazar nəzarəti və yoxlamalar zamanı məhsulun müvafiq oyuncaq təhlükəsizliyi standartlarına cavab vermədiyi müəyyən edilib. Araşdırmalar nəticəsində onun uşaqlarda boğulma və tənəffüs yollarının tutulması riski yarada biləcəyi üzə çıxıb.

Qeyd edək ki, sözügedən tip diş qaşıyıcılar ölkəmizdə də analar tərəfindən körpələrin diş çıxarma dövründə geniş istifadə olunur.