UEFA Millətlər Liqasının Lixtenşteyn - Azərbaycan oyununda ikinci hissə başlayıb.
Metbuat.az-ın məlumatına görə, D Liqasının 2-ci qrupunun matçında Azərbaycan yığması hesabda öndədir - 1:0.
26-cı dəqiqədə Mahir Emreli fərqlənib.
***
00:33
UEFA Millətlər Liqasının Lixtenşteyn - Azərbaycan oyununda ilk hissə başa çatıb.
Metbuat.az-ın məlumatına görə, D Liqasının 2-ci qrupunun matçında Azərbaycan yığması fasiləyə hesabda öndə yollanıb - 1:0.
26-cı dəqiqədə Mahir Emreli fərqlənib.
***
00:13
UEFA Millətlər Liqasının Lixtenşteyn - Azərbaycan oyununda hesab açılıb.
Metbuat.az-ın məlumatına görə, D Liqasının 2-ci qrupunun matçında ilk qolu Azərbaycan yığması vurub.
26-cı dəqiqədə Mahir Emreli fərqlənib.
***
13 noyabr, 23:47
UEFA Millətlər Liqasının Lixtenşteyn - Azərbaycan oyunu başlayıb.
Metbuat.az-ın məlumatına görə, D Liqasının 2-ci qrupunun matçı Vaduts şəhərində keçirilir.
Qarşılaşmanın baş hakimi estoniyalı Kristo Tohverdir.
Xatırladaq ki, Azərbaycan millisi üç oyundan sonra hazırda beş xalla qrup lideridir. Litva dörd xalla ikinci, Lixtenşteyn bir xalla sonuncudur. Noyabrın 16-da, qrupun sonuncu qarşılaşmasında Litva Lixtenşteyni qəbul edəcək.