Məşhur kanadalı müğənni Castin Biberin fotosunu İnstagramda görəndə "Bu gözəl qız kimdir?" yazdığı Sindi Kimberli populyarlaşıb. O, "Very" brendinin yeni kolleksiyasının reklamına çəkilib.
Milli.Az TMZ-yə istinadən bildirir ki, məşhurlaşana qədər saatı 5 dollardan dayə işləyən ispan Sindi indi model karyerasına başlayıb.
Supermodel İrina Şeykə bənzəyən Sindi artıq bir neçə tanınmış moda brendindən təkliflər alıb.
İspaniyanın Benidorm şəhərinin yaxınlığındakı Deniada yaşayan Sindinin fotosessiyası dünən Londonda təqdim olunub.
Milli.Az













